Ölkə

Modul tipli xəstəxanalarla bağlı TƏBİB-dən açıqlama

13 İyun 2022 11:00
Baxış: 1 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb.

"Bildiyiniz kimi, yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Hazırda Bakı-Abşeron bölgəsi üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli tibb müəssisəsi fəaliyyətini davam etdirir", - deyə əlavə edilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.