Ölkə

Polkovnik-leytenant faciəvi şəkildə həlak oldu

9 İyun 2022 16:27
2 Şərh     Baxış: 4 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən Gəncədə baş verib.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.