Ölkə

Bələdiyyənin sabiq qadın sədri 11 nəfəri belə aldadıb

1 İyun 2022 11:15
0 Şərh     Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Külli miqdarda dələduzluqda təqsirləndirilən Turkut İlknur Pərviz qızı və Əliyeva Aytac Pərviz qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, Turkut İlknur və Əliyeva Aytac bacıları 11 nəfərə müxtəlif vədlər verərək dələduzluq yolu ilə onların pullarını əllərindən alıblar. Həmçinin A. Əliyeva Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.