Ölkə

Sexdən avtomobil qaçırıb qardaşına hədiyyə etdi

18 May 2022 12:12
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçmiş məhkum avtomobil qaçıraraq qardaşına hədiyyə edib.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oğurluq Biləcəri qəsəbəsindəki avtomobil təmiri sexində baş verib.

Polis Bölməsinə sexdən Sumqayıt sakini Y.Əliyevə məxsus "Hyundai" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsində idarə edilərkən saxlanıllıb. Araşdırmalarla maşının onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.