Şəmkir, Qusar və Salyanda 15 şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinin qəbulu məqsədilə daha 3 rayonda - Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.
Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir, Qusar və Salyan rayonlarındakı ərazi filaillarının binasında fəaliyyət göstərir. Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət edir:
Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə, Qusar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə, Salyan rayonundakı vahid əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q) Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları üzrə vətəndaşların müraciətləri qəbul olunur.
2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.
Bu mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər "bir pəncərə"dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında birbaşa (yerində), 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada həyata keçirilir.
Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərində 31 mindən çox müraciət üzrə xidmətlər göstərilib, habelə 142 Çağrı Mərkəzinə qeyd olunan mərkəzlərin fəaliyyət sahələri üzrə daxil olan 87,5 min müraciət cavablandırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı





