Ölkə

Silsilə oğurluq edən şəxslər tutulub - FOTO

11 May 2022 12:30
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aprel-may aylarında rayon ərazisindəki müxtəlif mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən xəbərə görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - Ülvü Ələkbərov, əvvəllər məhkum olunmuşlar Zamin Həsənov və Ruslan Hüseynov saxlanılıblar.

Araşdırmalarla onların qrup halında rayon ərazisindəki mağazalara daxil olaraq nəğd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslərin digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.