Ölkə

Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb

4 May 2022 12:36
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunda orta məktəblərin birində bomba həyəcanı yaşanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mayın 4-də saat 04.50-də DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var" deyərək telefonu qapadıb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.