Psixoloqdan ŞOK AÇIQLAMA: "Bu platforma yeniyetmələrdə cinsi istək hissini artırır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən günlərdə iki yeniyetmə qızın metro tunelinə doğru qaçaraq "TikTok" platforması üçün video çəkmə istəyi geniş müzakirələrə səbəb oldu. Cəmiyyət arasında birmənalı olaraq bu xəbər qınanıldı və yeniyetmələrin bu addımı artmasında adıçəkilən platforma günahlandırıldı.
Bu da öz növbəsində yeniyetmələrə sosial şəbəkələr, smartfonlardan istifadəyə məhdudiyyət tətbiqi məsələsini aktuallaşdırdı.
Milli.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova yeniyetmələrə telefonla bağlı qadağanın tətbiqinin pis hadisələri azaltmağa gətirib çıxaracağını deyib:
"Bu gün həqiqətən də istər o 2 yeniyetmənin metro tunelində qaçması, istərsə də "TikTok"dakı cinsi tərbiyə görməyən yeniyetmələrin açıq-saçıqlığı və aparılan xaotik maariflənmə tədbirləri psixoloq olaraq məni də narahat edir.
Bu istiqamətdə məktəblərdəki yeniyetmələrlə praktik psixoloqların əyani görüşləri keçirilməlidir. Onlara 2-ci, 3-cü şəxsiyyət dövrləri, eləcə də böhran dövlərində və cinsi tərbiyə ilə əlaqədar müxtəlif kriteriyalara uyğun psixoloji faktı təsdiq edəcək söhbətlər aparılmalıdır. Çünki bu gün övladlarımız uçuruma doğru irəliləyirlər. Müəllimlərlə münasibətdə kiçik bir qıcığın yaranması onların görüntülərinin və səs yazılarının Tiktok kimi şəbəkələrdə yayılaraq onların biabr edilməsi ilə nəticələnir. Əgər sinifdə telefondan istifadəyə qadağa qoyulsa və qanun hər şəxsə tətbiq edilsə, təbii ki, bu proseslər bizi ağrıdacaq səbəblərə gətirən psixoloji fakta çevrilməyəcək".
Psixoloq "TikTok" platformasının yeniyetmələrdə cinsi istək hissini artırdığını da vurğulayıb:
"Qadağalara gəldikdə, valideynlər üçün övladlarına smartfon telefonlarının verilməsi ilə bağlı həyəcan siqnalı çalınmalıdır. Valideynlər övladlarına nəzarət etmək üçün proqram tərtib etməlidirlər. Bu gün cinsi istəklərin artması "TikTok" platformasında açıq-aşkar öpüşmə səhnələrinin mövcudluğu ilə əlaqədardır.
Lakin unutmaq olmaz ki, cinsi istək sevgi demək deyil. Nəticə etibarilə sevgi olmayan cinsi istək bunun başında dayanacaq xaotik psixoloji faktordur. Bu xaotik faktın öhdəsindən gəlmək üçün onların gələcəyinə mane olacaq hadisələrin qarşısını almaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı





