Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işləri başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.
Bunu Trend-ə müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.
"Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçiriləcək. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayır və bütün yarış trekini əhatə edəcək. Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir", - deyə T.Teymurov əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi





