Ölkə

Təhsil naziri 3-6 yaşlılar üçün kurikulumu LƏĞV ETDİ

12 Aprel 2022 12:49
0 Şərh     Baxış: 6 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.

Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.