Ölkə

“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

8 Aprel 2022 11:06
0 Şərh     Baxış: 4 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atlant" əyləncə və istirahət mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

Milli.Az "Kriminalqafqaz"a istinadən bildirir ki, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, "Atlant"ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.

Qeyd edək ki, T.Qədəşov ötən ilin avqustunda karantin qaydalarının pozulmasına şərait yaratdığı üçün polis tərəfindən saxlanılmışdı. Onun qohumu, eyni mərkəzin rəhbərlərindən biri Azər Qədəşov həbs edilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.