Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində "KamAZ" markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.
Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az