Ölkə

Xırdalanda güclü külək məktəbin damını uçurub - VİDEO - FOTO

4 Aprel 2022 12:42
0 Şərh     Baxış: 2 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbdə fəsad törədib.

Külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Abşeron Rayon Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq", - deyə əlavə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.