Ölkə

Biləsuvar sakinləri su çatışmazlığından şikayətçidirlər - VİDEO

6 Mart 2022 11:37
0 Şərh     Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanalda su var, amma çirkli olduğundan içmək üçün yararsızdır. Nəticədə sakinlər su sarıdan əziyyət çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Biləsuvar rayonu, Nəsimi kəndindən keçən kanaldan gedir.

Bu kəndin sakinləri iddia edirlər ki, illərdir həm içməli su, həm də təsərrüfatlarının suvarılmasında Cənub Muğan Kanalının  suyundan istifadə ediblər. Amma son illər kanalda suyun çirklənməsi səbəbindən bu sudan içmək üçün istifadə edə bilmirlər.

Sakinlər deyirlər ki, ətraf rayonlardan məişət tullantıları bu kanala atıldığı üçün su çirklənib. Ona görə də Cənub Muğan Kanalından yalnız mal-qaranın  suvarılmasında və təsərrüfat işlərində istifadə edirlər.

Məsələ ilə bağlı Biləsuvar Sukanal sahəsinin rəisi Zaur Məmmədov bildirib ki, əhalini içməli su ilə təmin etmək məqsədilə müasir standartlara cavab verən modul tipli su qurğusu quraşdırılıb. Həmin məntəqədən kənd ərazisini içməli su ilə təmin etmək məqsədilə 22 bulaq quraşdırılıb.

Sahə rəisinin sözlərinə görə, hazırda kənd sakinləri gün ərzində 12 saat içməli su ilə təmin edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.