Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.
Milli.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.
Milli.Az