Polşadan daha 180 azərbaycanlı təxliyə edildi - FOTO

6 Mart 2022 10:20

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.

Milli.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.

Milli.Az