Ölkə

Bakı və Abşeronda Novruz yarmarkaları keçiriləcək

25 Fevral 2022 17:40
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12-19 mart tarixlərində "Kənddən Şəhərə" Novruz yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı və Abşeron ərazisində fərqli ünvanda baş tutacaq yarmarkalarda iştirak üçün fermerlər dəvət olunur.

Fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edə biləcəklər.

Qeyd edək ki, ənənəvi "Kənddən Şəhərə" həftəsonu yarmarkaları 5-6 mart tarixlərində də təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.