Ölkə

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün əsas körpülər partladılıb

25 Fevral 2022 16:48
0 Şərh     Baxış: 3 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.