Ölkə

Azad edilmiş ərazilərdə 85 mülki şəxs minaya düşüb, 30 nəfər həlak olub

23 Fevral 2022 10:54
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 85 nəfər mülki şəxs minaya düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Milli.Az-a bildirib ki, minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar.

Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb",-deyə E. Hacıyev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.