Ölkə

Samuxda silah-sursat tapılıb

22 Fevral 2022 13:00
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı oradan 1 ədəd "F1" əl qumbarası, 2 ədəd "UZRQM" qumbaratan patronu, 1 ədəd 14 mm-lik "BTR" patronu, 37 ədəd 7.62 mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.