Ölkə

Etiraz etdikləri məmurların adını maşınlara yazdılar - VİDEO

17 Fevral 2022 10:30
2 Şərh     Baxış: 2 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. 

Belə ki, "R-Group" şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. 

Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!"

Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.