Ölkə

Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMA

14 Fevral 2022 12:29
1 Şərh     Baxış: 3 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür sosial şəbəkələrdə fevralın 14-dən 21-nə qədər bəzi prefiksli nömrələrdə internetlə bağlı problemlərin olacağı paylaşılıb.

Belə ki, daha dəqiq desək, paytaxt ərazisində internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb. 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") sorğu ünvanladıq.

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində bir həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb:

"Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.