Ölkə

Yük maşını ilə qəzada ölənlərdən biri 8 yaşlı uşaqdır - FOTO

10 Fevral 2022 15:06
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb. 

Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb. Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.