Ölkə

Ağcabədi sakinini elektrik cərəyanı vurub öldürdü

7 Fevral 2022 10:48
0 Şərh     Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağcabədi rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory