Ölkə

Sumqayıtda 82 yaşlı koronavirus xəstəsi toyda saxlanılıb

7 Fevral 2022 10:12
0 Şərh     Baxış: 882
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin şəhər ərazisində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.

"Xanədan" şadlıq evində toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Masallı rayon sakini 1940-cı il təvəllüdlü Bəşirov Hamil Daləli oğlunun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

H. Bəşirov barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.