Ölkə

Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub - VİDEO

6 Fevral 2022 10:42
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana başqa ölkələrdən diri toyuqların gətirilməsi qadağan olunub.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən "Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə respublikaya 1 günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında" qərar qəbul olunub.

Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, yüksək patogen quş qripinə görə mövsümi olaraq epizootik riskin çox olduğu dövr hesab olunur.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə respublikaya gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.