Ölkə

Yoluxanların sayı daha da artacaq: Həkim çarəsizliyi ETİRAF ETDİ

3 Fevral 2022 10:48
Baxış: 5 577

"Yoluxma sayı günü-gündən artır və daha da artacağı gözlənilir".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, insanlar restoranlarda da bacardıqca maska istifadəsi və sosial məsafənin qorunması qaydalarına ciddi riayət etsinlər:

"Yoluxma rəqəmlərinin daha yüksək həddə olmasında gündəlik test sayının artırılması da çox önəmli rol oynayır. Əgər gündəlik test sayı daha da artırılarsa, bu rəqəmləri daha da yüksək həddə görə bilərik. Adətən ailə içi yoluxmalarda ailənin bir üzvü test etdirir, digər şəxslər isə testdən yayındıqları üçün zənnimcə, bu yoluxma sayını göstərən rəqəmlər reallığı əks etdirmir. Əslində bu rəqəmlər göstəriləndən, qeydə alınandan daha yüksəkdir. 

Ölüm sayı xəstəliyin bu ştammın öldürücü olmasına bağlı olaraq deyil, daha çox yoluxanların sayı ilə mütənasiblik təşkil edərək artır. Təbii olaraq yoluxma sayı nə qədər çox qeydə alınarsa, o qədər çox ağırlaşma və ölüm qeydə alınacaqdır. 

Qapanmalara təkcə yoluxma sayı deyil, xəstəxanaların xəstə qəbulu qabiliyyəti də nəzərə alınaraq qərar verilir. Yoluxma sayının günü-gündən artmasının səbəbi, qapanmalara gedilməməsi bir növ bu şəraitdə pandemiya vəziyyətinə uyğunlaşmağa çalışmaq üçün seçimdir. Təbii ki, qapanmalara gedilmədiyi müddətdə insanların xüsusən qapalı məkanlardan çox istifadə etməsi, yoluxma sayının artmasına ciddi təsir göstərir. Bu, həmçinin virusun bu ştammının yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə bağlıdır. 

Başqa çarəmiz yoxdur

Qorunma qaydaları dəyişməz olaraq qalır. İnsanları sərt karantin rejiminin tətbiq edilməməsi üçün daha məsuliyyətli olmağa çağırırıq. Xüsusən qapalaı məkanlardan bacardıqca az istifadə etsinlər və günün pik saatlarında, xüsusən axşam saatlarında kafe, restoran, kinoteatr kimi yerlərdən insanların daha çox toplaşdığı saatlarda heç olmasa az istifadə olunsun və ya istifadə olunarkən baxmayaraq ki, qaydalar restoranlarda maskasız olmağa icazə verir, bacardıqca maskalardan və sosial məsafənin qorunması qaydalarına ciddi riayət etsinlər. Hələ ki, başqa çarəmiz yoxdur. 

Omikrondan qorunmağın əsas yolu ...

Buster - üçüncü doza vaksininin vaxtı çatan insanlar da ağırlaşmalardan qorunmaq üçün vaksinasiya olunmalıdır. Yalnız bu halda bu ştammın daha pis fəsadlarından qoruna bilərik. Hər bir ştamm meydana çıxandan təxminən bir-iki ay sonra öz yoluxduruculuğunu itirir və sıradan çıxır, yerini başqa ştamma verir və yaxudda ki, ümumiyyətlə xəstəliyin aradan qalxmasına səbəb olur. Ona görə də maksimal dərəcədə Omikrondan ziyansız qurtulmaq üçün qorunma qaydalarına riayət etmək ən əsas çıxış yolumuzdur".

Təhməz Əsədov
Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics