Ölkə

Spirtli içkinin təsiri altında avtoxuliqanlıq edirdi - VİDEO - FOTO

28 Yanvar 2022 20:00
0 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a məlumat verilib.

Belə ki, rayon sakini Habil Məhərrəmov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. YPX-nin əməkdaşlarının "saxla" əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.