Ölkə

Salyanda avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO - FOTO

21 Yanvar 2022 10:06
0 Şərh     Baxış: 751
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi "VAZ" markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.