Ölkə

Azad edilmiş torpaqlara səfər edən şəxslərin NƏZƏRİNƏ - DİN-dən açıqlama

19 Yanvar 2022 14:45
0 Şərh     Baxış: 1 730

Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq. Polisin əsas funksiyası marşrutda olanların təhlükəsizliyin təmin etmək olacaq.

Bunu Trend-in sualını cavablandırarkən DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, başqa rayon və şəhərlərimizə gedərkən yollar necə təhlükəsizdirsə, azad edilən torpaqlarımız da təhlükəsizdir.

"Sadəcə müharibə təzə bitdiyindən marşrutların hərəkət edəcəyi istiqamətlərin bəzi yerlərində mina və partlamamış sursatlar var. Bu istiqamətlər üzrə gedən şəxslərin portaldan qeydiyyatdan keçməsinə baxmayaraq polis postlarında təkrar yoxlanılacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa" portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics