Ölkə

İki gün öncə əsgərlikdən qayıtmışdı, dəm qazından öldü

19 Yanvar 2022 14:12
0 Şərh     Baxış: 2 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onun huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparsa da, orada dünyasını dəyişib.

Qeyd edək ki, iki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.