Ölkə

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

17 Yanvar 2022 10:04
0 Şərh     Baxış: 3 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.

"Belə hava şəraiti bu gün ərzində davam edəcək. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur. Havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir. Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq ", - deyə o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.