Azad edilmiş ərazilərdə bərpa zamanı qədim eksponatlar aşkar edilib - Trend Tv-nin reportajı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad edilən Füzuli rayonunda quruculuq və abadlıq işləri zamanı eramızın I minilliyinə aid tarixi tapıntıya rast gəlinib.
Tapıntılar Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Elçin Əsədov Trend-in Qarabağ bürosuna bildirib ki, bu tapıntı ilk deyil. Qarabağda aparılan bərpa prosesi zamanı əvvəlki aylarda da tarixi eksponatlar tapılıb: "Azərbaycanın hansı daşını qaldırırsan, orada bir tarix yatır. İşğaldan azad edilmiş Füzuli rayonu da həmçinin. Əgər bu gün arxeoloq kimi yox, adi vətəndaş kimi Füzuli rayonunun ərazisini gəzsən, Azərbaycana aid, bizim millətə məxsus rast gəldiyin tarixi əşyalarla bir neçə muzeyi doldura bilərsən", - muzey direktoru deyib.
E.Bədəlov həmçinin əlavə edib ki, Əhmədbəyli-Şuşa magistral yolunun çəkilişi, Füzuli aeroportunun tikintisi, eyni zamanda Şuşaya elektrik enerjisinin verilməsi ilə bağlı dirəklərin basdırılması və yolların inşası zamanı da tarixi əhəmiyyətli əşyalar aşkar edilib: "Həmin ərazilərdə çalışan fəhlələr, mühəndislər tərfindən tapılmış əşyalar muzeyə təqdim olunub və qeydiyyata alınıb. Bu tapıntılar arasında eramızın I minilliyinə aid əşyalara da rast gəlmək mümkündür" , - o qeyd edib.
Muzeyin direktoru bildirib ki, tapılan əşyaların əksəriyyəti misdən hazırlanan məişət əşyalarıdır. Bunlar kasa, sini qab, kəfkir və.s kimi məişət əşyalarıdır: "Eyni zamanda quruculuq işləri zamanı dərin qatları qazdıqda oradan küplər, durna çırağı, xəncərlər çıxır ki, bunlar da tariximizin müxtəlif dövrlərini əhatə edir", - E.Bədəlov vurğulayıb.
Muzeyin direktoru bildirib ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə yeni muzeylər də yaradılacaq.
Trend TV-nin hazırladığı videoreportajı təqdim edirik.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
XƏBƏR LENTİ
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda





