Ölkə

Arzunun evindən 8 kq marixuana aşkarlandı - VİDEO - FOTO

11 Yanvar 2022 14:54
0 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "marixuana" aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

Milli.Az xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı narkotik maddə olan "heroin" aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilidən isə külli miqdarda "heroin" aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.