Ölkə

Əri “Lider TV”nin keçmiş əməkdaşını öldürüb hissələrə bölüb, videoya çəkərək yayıb - YENİ FAKTLAR

10 Yanvar 2022 10:42
2 Şərh     Baxış: 4 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lider" televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də Xətai rayonu Köhnə Günəşli qəsəbəsində baş verib. Həyat yoldaşı N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Əliyev Orxan Mehdi oğlu artıq həbs edilərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məlumata görə, O.Əliyevin arvadını öldürüb onun bədən üzvlərini hamamda doğradıqdan sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.