Ölkə

Azərbaycanda unu haradan və neçəyə almaq olar? - QİYMƏTLƏR

7 Yanvar 2022 11:00
1 Şərh     Baxış: 2 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı açıqlayıb.

Milli.Az xəbər verir ki, hazırda qeyd edilən topdansatış məntəqələrində unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir.

İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Xidmətdən bildirilib ki, məlumatlar mütəmadi olaraq yenilənəcəkdir. Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır. Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər:

əlaqə telefonu: (+99412)-599-76-00;
email ünvanı: [email protected].

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.