Ölkə

Şadlıq evinin rəhbəri həbs edilib - FOTO

30 Dekabr 2021 20:06
0 Şərh     Baxış: 1 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən "Alyans" şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Milli.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 150 nəfərdən artıq şəxsin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evini icarə əsasında işlədən Rufan Qasımov Abşeron Rayon Polsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəmənin qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.