Ölkə

Sabiq polis rəisi Rza Hacıyev həbs olundu

20 Dekabr 2021 13:14
0 Şərh     Baxış: 2 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtomobilə odlu silahdan atəş açan sabiq polis rəisi Rza Hacıyev həbs olunub.

Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a təsdiq ediblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hacıyev saxlanılıb. Ondan "AKMS" markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Xatırladaq ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir.

Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.