Ölkə

Gözətçi işlədiyi parkda narkotik satırdı... - VİDEO - FOTOlar

20 Dekabr 2021 10:58
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə narkotik alan və satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb. Araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum olub. Əldə edilən maddi sübutlarla birlikdə A. Vəliyev istintaqa təhvil verilib.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri ayrı-ayrı tədbirlərlə qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən, Bayram Ələkbərov, Baxşəli Mürsəqulov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən "heroin", "marixuana", "metamfetamin" və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.