Erməniyə "əmi" deyənlər - Ordusuna ləkə yaxmaq istəyən XAİNLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsi Azərbaycanın ərazilərinin 30 illik işğalına son qoyulması ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan hərbi-siyasi rəhbərliyinin çirkin əməllərini, cinayətlərinin ifşası baxımından böyük əhəmiyyət daşıdığı kimi, içimizdəki erməniləri də ifşa etmək sarıdan böyük xidmətləri oldu. Heç şübhəsiz ki, Azərbaycan buna ilk növbədə Ordusunun qəhrəmanlığı, şücayəti hesabına nail oldu. Niyə məhz bu məqama diqqət çəkdim?
Son proseslər deməyə əsas yaradır ki, Azərbaycan Ordusunun haqq savaşı, erməni faşizmini məhv etməsi, 30 illik işğala son qoyması təkcə ermənilərin Azərbaycana qarşı kin-küdurətini, revanş hisslərini artırmayıb. Azərbaycanın şanlı zəfəri, tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə barışa bilməyən erməni diasporu hər vasitə ilə Azərbaycana qarşı qarayaxma kampaniyasını intensivləşdirib və bu planlarını həyata keçirmək üçün Emin Hüseynov kimi anti-milli ünsürlərdən alət kimi istifadə edirlər.
Özünü erməni əsir Aznifə oxşadıb, ölkədən qaçan Emin Hüseynovun Azərbaycan Ordusunu AŞPA-ya şikayət etməsi faktı deyilənlərin həqiqət olduğunu təsdiq edir. Hələ 44 günlük müharibənin gedişatında "toplanmış materiallar" adı altında döyüşdə şəhid olan şəxslərin fotolarını yayaraq dezinformasiyalarla düşmən dəyirmanına su tökən Emin Hüseynov adlı bu şəxs indi də Azərbaycan Ordusuna qarşı qarayaxmakampaniyasına davam edir. Hələ o vaxt məlum oldu ki, onun yaydığı həmin şəkillərin əksəriyyəti keçmişdə - Aprel döyüşləri zamanı (2016-ci ildə) şəhid olan igidlərimizin şəkilləri idi. "Günə 100 şəhid veririk" kimi sarsaq fikirlərlə insanları panikaya çəkməyə çalışan bu məxluq indi də silahl qüvvələrimizin parlaq qələbəsini, dünyanı heyrətə salan hərbi əməliyyatlarını, Şuşadakı küçə döyüşləri ilə bağlı dünyanın ən güclü ordularının tədrisində bir dəyişikliyə səbəb olan Azərbaycan Ordusunun nüfuzuna, onun qəhrəmanlığına kölgə salmaq, ləkə yaxmaq niyyətindədir.
Düz bir il əvvəl hələ "topladığımız" dediyi həmin şəkillərin əslində erməni seqmentinə məxsus, sırf təxribat məqsədilə yaradılan, dezinformasiyalarla Azərbaycan ictimiyyətini çaşqın duruma salıb xalq daxilində panika yaratmağı hədəfləyən qrup və səhifələrdə paylaşılması əslində Emin Hüseynov adlı bu şəxsin kimlərə xidmət etdiyini göstərdi. Erməni sifətli, xislətli bu və bunun kimilərdən başqa nə gözləmək olar?
Düzdür, AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında Emin Hüseynovun təşkilatçılığı ilə Azərbaycan Ordusunun nüfuzdan salınması ilə bağlı hazırlanmış və bir sıra Avropa deputatları tərəfindən imzalanan qətnamə təşəbbüsü keçmədi və niyyəti ürəyində qaldı. Amma bu Vətən xainlərinin öz mənafelərinə görə düşmənlə işbirliyi quraraq Azərbaycanı dünyada rüsvay etmək, Azərbaycan əleyhinə qərarlar qəbul etdirmək cəhdlərinin bir adı var - Satqınlıq! Şübhəsiz ki, Emin Hüseynovun Ordumuzun nüfuzdan salan qətnamə təşəbbüsünün dəstək qazanmaması onun və havadarlarının Azərbayacana qarşı apardığı əsassız iddialar üzərində qurulmuş qərəzli kampaniyanın məntiqi sonluğudur. Emin Hüseynov və onun kimi erməni diasporunun maliyyə dəstəyinə güvənən dairələrin Azərbaycan Ordusunun qalib obrazına kölgə salmaq niyyəti bundan sonra da istək olaraq qalacaq.
Bu siyahını bir az da genişləndirmək olar: "Kaş ki, Paşinyan bizim prezidentimiz olaydı" deyərək ermənilərin müdafiəsinə qalxan (Sevinc) Osmanın qızından isə ümumiyyətlə danışmaq yersizdir. Bu şəxs hər gün də eyni əxlaqsızlıqla davam edir və görünən odur ki, davamı da olacaq. Azərbaycanın haqq savaşındakı tarixi Zəfərindən sonra bu satqınların iç üzünün daha aydın şəkildə qənşərə çıxmasının əsl səbəbi də məlumdur: Qarabağ məsələsinin 44 günlük savaş nəticəsində həllini tapması o kəslərin heç işlərinə yaramadı. Çünki bu zamana kimi erməni diasporasının maliyələşdirərək xalqın, onu dünyaya gətirən ana-atanın üzünə ağ olan həmin şəxslər bundan sonra onlar üçün ayrılan qrantların kəsiləcəyindən narahatlıq keçirirlər və bu səbəbdən də bütün xalq, Orduya, dövlətə öz aqresiyyalarını gizlədə bilmirlər. Bu səbəbdən də Sevinc Osmanqızı, Orduxan, Emin Hüseynov və adını çəkmədiyim digərlərinin "qazanc"larının kəsilməməyi üçün bundan sonra da daha iyrənc sifarişləri yerinə yetirəcəkləri zərrə qədər də şübhə edilmir.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





