Təhlükə sərhədlərimizə ÇATDI - Azərbaycan hansı tədbirləri görə bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni bir ştamm hər hansı bir ölkədə aşkar olunduqdan sonra təxminən 10-14 gün sonra ölkədə yayılan yoluxma sayında həmin ştam üstünlük təşkil edir".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
Mütəxəssis bildirib ki, "Omicron" Azərbaycanda yayılsa, yeni dalğanın görünməsi qaçılmazdır:
"Hər yeni ştammın yoluxduruculuğunun artdığını nəzərə alsaq, təxminən 2 həftə ərzində ölkə üzrə yoluxanlar arasında həmin ştamm üstünlük təşkil edir. Bu da digər yaxın qonşu ölkələrə də siraət edir. Yəni digər yaxın qonşu ölkələrdə də qısa zaman sonra həmin ştammın üstünlük təşkil etdiyi nəzərə çarpır. Azərbaycanın da sərhədlərinin tam qapanmadığını nəzərə alsaq, bu ştammdan qorunmağımız mümkünsüzdür.
"Omicron" COVİD-in görünən növləri arasında ən çox mutasiyaya uğramış növ hesab olunur ki, bu da onun yoluxduruculuq gücünün yüksək olmasından xəbər verir. Yaxın günlərdə "Omicron"un daha hansı təsirlərinin olduğunu müşahidələr aparmaqla müəyyənləşdirə biləcəyik. Nəzərə alsaq ki, bu mutasiyaların çoxu yeni mutasiyalardır, təbii ki, istər yoluxduruculuqda, istər xəstəliyin gedişatında cüzi də olsa fərqlərin görünməsi gözlənilir.
"Omicron" nəyinki Azərbaycanda, ümumiyyətlə dünyada bu ştamm yayılsa təbii ki, yeni dalğanın görünməsi qaçılmazdır. Ancaq, bu, insanları vahiməyə salmamalıdır. Çünki qorunma qaydaları hələ də dəyişilməz olaraq qalır. Tam təsdiqlənməsə belə, vurulan vaksinlərin də bu ştamma qarşı xəstəliyin ağır gedişatının qarşı qoruyuculuğu hələ də inkar olunmur. Yəni hələ də vaksinasiyanın bu ştamma qarşı effektiv olduğu qənaəti qalır. Hətta effektiv olduğu təsdiqlənməsə, o halda vaksinlərdə aparılan dəyişikliklərlə bu ştamma qarşı da müsbət nəticələrin əldə edilməsi planlaşdırılır.
Sərt karantin rejiminə, qaydaların nisbətən sərtləşdirilməsinə, tətbiqinə hələ ki, ehtiyac olmasa da qarşıdan qış aylarını, soyuq hava şəraitini, insanların qapalı məkanlardan çox istifadəsini, ictimai nəqliyyatdan çox istifadəni nəzərə alsaq, insanlar müəyyən qədər özləri qaydalara sirayət etməklə yanaşı aidiyyatı qurumlar tərəfindən də lazım gəldiyi zaman karantin qaydaları tətbiq oluna bilər. Təbii ki, hazırki mərhələdə biz çox böyük təhlükə qarşısında qalmasaq da, bəzi ölkələrin təcrübəsinə baxsaq, onlar təhlükə qarşısında qalmasalar belə sərt karantin qaydalarına keçiblər ki, "Omicron" ştammının ağır gedişatının qarışısı indidən alınsın. Lakin bununla belə ölkəmizdə yaxın gələcəkdə sərt karantin rejiminin tətbiqinə ehtiyac olmadığını düşünürəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





