Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları
arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında
iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın
Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da
artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib.
Həmin əqd Bankın törəməsi olan "Unicapital" İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin
vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət
olmaqla, Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni
təşkil edib.
"Unibank"ın Müşahidə Şurasının sədri Eldar Qəribov AYİB-in "Unibank"ın fəaliyyətində
xüsusi iştirakı və mühüm rolu olduğunu vurğulayıb. O, AYİB-in uzun illər "Unibank"ın
səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik
təcrübəsini gətirdiyini xüsusilə qeyd edib. Belə ki, ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu
2015-2017-ci illərdə "Unibank"ın iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında
yaxından iştirak edib və dəstəyini göstərib. AYİB-in də yaxından dəstəyi nəticəsində Unibank bu
dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkə bank sektorunun aparıcılarından birinə
çevrilib. Müşahidə Şurasının sədri buna görə bütün səhmdarlar adından "Unibank"ın inkişafına
verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürünü ifadə edib. AYİB-in bundan sonra da
Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə "Unibank"la əməkdaşlıq
təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir.
"Unibank"ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu
xatırladan xanım Duarte vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan
"Unibank"a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib və birlikdə uzun
və səmərəli bir yol keçilib. Xanım İvana Duarte bu müddət ərzində "Unibank"ın digər
səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft
sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da
"Unibank"la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət
şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq
görülüb.
Unibank- hər kəsin bankı!
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq





