Avto

Ford Mustang, Mini Cooper, Fiat 500... - Benzin mühərrikləri ilə vidalaşırlar

19 İyul 2021 18:42
Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın  "Mini Cooper" avtomobilinin yaradıcısı Alek İssiqonis bəlkə də heç təsəvvür belə etməyib ki, onun yaratdığı model sonda bu qədər populyar olacaq. 1959-cu ildə yanacaq böhranı fonunda onun kompakt, eyni zamanda da rahat və qənaətcil avtomobilləri o qədər uğurlu olub ki, klassik "Mini" sonda 2000-ci ilə qədər konveyerdə yer alıb. 

Alman BMW-nin "qanadı" altında "Mini" artıq böyüyüb və geniş model cərgəsi ilə məşhur brendə çevrilib. 2030-cu illərin əvvəlinə qədər isə onları tam elektrik mühərrikli etməyə söz verirlər.

"Mini" avtomobilinin tam elektrik versiyası hazırda da var. Rəsmi qaydada bu modifikasiyanın satışına 2022-ci ildə Rusiyada başlanılacağını deyiblər. Üçqapılı hetçbekin elektrik mühərriki 184 at gücünə malikdir. Bu mühərriklə avtomobil saatda 100 kilometr sürəti 7,3 saniyə ərzində yığır, amma bir dəfə doldurmaqla ("zaryadka" yığmaqla) cəmi 430 kilometr gedə bilir. Maşın uzaq səyahətlər üçün deyil, həmçinin ucuz da deyil. Avropada elektrik mühərrikli "Mini Cooper"-in qiyməti  32,5 min avro təşkil edir.

"Mini" avtomobillərini hələ indi tam olaraq elektrik mühərrikli etmək istəyirlərsə, "Smart" artıq bir neçə ildir yeni reallığa uyğunlaşıb- üstəlik benzin mühərriklərindən imtina tez bir zamanda həyata keçirilib. Bu proses Amerikadan başlandı: Tam elektrik "Smart" avtomobilləri ABŞ-ın bazarında 2017-ci ildən satılır. Lakin 2020-ci ildən benzin mühərriklərindən Avropada da imtina etdilər. Buna görə də "Daimler" alman markası Rusiyadan çıxdı, amma bəlkə də "Mini"-dən ilham alıb qayıdar. 

50-ci illərin olduqca populyar markasının motivləri ilə yaradılan və 2007-ci ildə yenidən gündəmə gələn "Fiat 500" də "Mini" avtomobilinin ardınca insanların nostalji hissləri ilə oynayır. Bu avtomobil də uzunömürlü və böyük "ailə"-nin ilklərindən olub. Lakin benzinlə işləyən "500"-lük hetçbekin yeni nəsli haqda hələ heçnə deyilmir. Amma elektromobil artıq bu ilin yaz aylarında təqdim olunub: bu elektromobil yeni, məhz bu cür maşınlar üçün olan platforma üzərində yaranıb.  

"Ford Mustang" deyəndə 60-cı illərdə Amerika bazarını "partladan" çox populyar kupe yadımıza düşür. Lakin hazırda bu tanınmış ad elektrik mühərrikli krossoverə verilib. "Ford Mustang" Mach-E arxa çəkən və 4x4 sistemli variantlarda buraxılır. Güc aqreqatı - 265 at gücündən 465 at gücünə kimidir. Tam dolu ("zaryadkalı") olan elektrik "Mustang" saatda 100 kilometr sürəti cəmi 5 saniyə arzində yığır. Bir dəfə "zaryadka" yığmaqla 435 kilometr məsafə gedir.

Kütləvi şəkildə ağır yolsuzluq elektromobilləri buraxmaq vaxtı hələ çatmayıb, lakin avtomobil yaradıcıları bu mövzunu da inkişaf etdirirlər, o cümlədən bu il 80-illik yubileyini qeyd edən populyar Amerika yolsuzluq avtomobili "Jeep" üçün.   

Bu avtomobil "Jeep Wrangler Rubicon" yolsuzluq modeli əsasında yaradılıb, lakin benzin mühərriki əvəzinə 265 at güclü elektrik güc sistemi ilə təchiz olunub. Avtomobil istehsalçısı onun gücünün və gedə biləcək yolun kilometrajının gələcəkdə daha çox olmasını vəd edirlər.   

"Jeep Wrangler" seriya avtomobili nə vaxtsa elektromobil ola bilər mi? Əlbəttə bu mümkündür. Axı daxili yanma mühərrikləri üçün işlənmiş qazların buraxılmasına dair normalar durmadan sərtləşdirilir, bir çox avtokonsernlər yeni nəsil mühərriklər yaratmaqdan imtina edirlər. Lakin hələki ağır yolsuzluq üçün nəzərdə tutulan elektromobil qeyri-adi görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.