Avto

Fərqli diskli Jeep Grand Cherokee - FOTO

30 İyul 2014 23:14
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Demək olar ki, bütün nadir avtomobillərə "Forgiato Wheels" diskləri quraşdırılıb. Lakin bu disklər daha çox böyük yolsuzluq avtomobillərində qəşəng görünür. Amerikan firması "Forgiato"-nun 24-düymlük diskləri "Cadillac Escalade" və "Mercedes-Benz G-Wagen" modellərinin təkər arkalarını çox gözəl tamamlayır. 

Bu, indi də "Jeep Grand Cherokee SRT8"-də belədir. Yeni disklərlə yanaşı, bu avtomobilin cüzi kosmetik yeniliklərə ehtiyacı var. Qara haşiyələri və polad milləri olan dəbli ikirəngli böyük "Forgiato Taglios" diskləri avtomobilin parlaq qırmızı banına çox gözəl yaraşır. 

Milli.Az auto.az-a istinadən bildirir ki, aşağı profilli şinlər və alçaq klirens 480-güclü yolsuzluq avtomobilinin idman xarakterini vurğulamağa imkan verir. Yeni "Jeep Grand Cherokee SRT8" seriyalı variantdan eksklüziv işləmələri ilə seçilir. 

O tamamilə qara radiator barmaqlığına, tündləşdirilmiş şüşələrə, amerikan avtomobil istehsalçısının qara rəngli embleminə və qabaq bamperdə qara rəngə boyanmış xromlaşdırılmış dekorativ əlavələrə malikdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.