“Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 9-da Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan "Red Bull Car Park Drift"in Azərbaycan üzrə milli finalı keçiriləcək.
Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF), "Red Bull" şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq və özünəməxsus sərt qaydalarla zəngin olan "Red Bull Car Park Drift" yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını qalib elan edəcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, Omanda 25 ölkənin qatılacağı "Red Bull Car Park Drift"in dünya finalında Azərbaycanı təmsil edəcək.
2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını "Ginnesin Rekordlar Kitabı"na yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Qeyd edək ki, Abdo Feqali ötən il də "Red Bull Car Park Drift Azerbaijan"ın qonağı olmuşdu. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk "Red Bull Car Park Drift" yarışının da qalibidir.
Tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara biletləri iTicket.az saytından və ya şəhərin kassalarında əldə etmək mümkündür.
Əlavə olaraq, tamaşaçıların maraqlı vaxt keçirməsi üçün drift ərazisində müxtəlif əyləncələr nəzərdə tutulub. Tədbirin xüsusi qonağı isə tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz sevilən hitləri ilə drift trekində çıxış edərək maneələrlə dolu sürət yarışına fərqli həyəcan yaşadacaq.
Odur ki, bütün drift həvəskarlarını iyunun 9-da saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
XƏBƏR LENTİ
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu





