Avto

Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı

2 Oktyabr 2024 20:25
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da təxminən qırx il utilizasiya poliqonunda qalan köhnə lüks avtomobil kolleksiyası aşkar edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Los-Ancelesin kənarında 566-dan çox avtomobil və hissələri tapılıb. Kolleksiya 1950-ci illərdə ABŞ-a köçmüş alman mühacir Rudi Kleynə məxsus olub. Adam 1967-ci ildə məşhur "Porsche Foreign Auto" zibilxanasını açıb.

Kənardan baxanda polad hasarlar və tikanlı məftillərlə örtülmüş zibilxana tərk edilmiş görünür, amma içəridə lüks avtomobillər - "Lamborghini", "Porsche" və "Ferrari" var. Kleyn heç vaxt kolleksiyası haqqında danışmayıb - yalnız özünün tanıdığı bəzi insanlar zibilliyə girə bilərdi. Kolleksiyaçı 2001-ci ildə vəfat edib, lakin qohumları kolleksiyanın toxunulmaz qalacağını düşünüblər.

Məlumata görə, köhnə avtomobillər oktyabrın sonunda hərraca çıxarılacaq. Xarici mediada yayılan məlumatlarda iddia olunur ki, "Junkyard: The Rudy Klein Collection" adlı auksion Kleynin varislərinə milyonlar qazandırmalıdır. Zibilxanadakı maşınlar arasında tarixdə ilk superkar sayılan üç bərpa edilmiş "Lamborghini Miura" var ki, onların hazırkı dəyəri təxminən 2 milyon dollardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.