Avto

Dünyanın ən sürətli elektromobili: Unikal “Rimac Nevera” - FOTO

19 Mart 2024 01:04
Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rimac Automobil" şirkətinin yaradıcısı Mate Rimats öz şəxsi hiperkarını - unikal "Rimac Nevera"nı nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkət rəhbəri rənglənməmiş karbon lifi ilə tünd qırmızı rənglərdə avtomobil seçib. Bundan əlavə, Xorvatiya əsilli sahibkar öz ölkəsinin bayrağını arxa görünüş güzgülərinə yerləşdirib.

Qeyd olunur ki, texniki cəhətdən bu "Nevera" istehsal modelindən heç də fərqlənmir.

"Rimac Nevera" 2018-ci ildə Cenevrə avtosalonunda rəsmi debüt edib. 1914 at gücü olan mühərrikə malik hiperkar 100 km/saat həddinə 1,8 saniyəyə sürətlənir və 2022-ci ildə 415 km/saat həddinə çataraq dünyanın ən sürətli elektrik avtomobilinə çevrilib.

"Rimac Nevera" hər birinin qiyməti 2 milyon dollardan çox olan 150 nüsxə həcmində buraxılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.