Ekspert: "Tələbə üçün ictimai nəqliyyat pulsuz olmalıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün Azərbaycanda tələbələr bir çox şeydən məhrumdurlar. Universitetlərimizin yataqxanaları yetərli deyil. Maddi durumu aşağı olan tələbələr üçün ildən-ilə bahalaşan kirayələr vəziyyəti daha da ağırlaşdırır. Buna bir tərəfdən ictimai nəqliyyat da əlavə olunanda, tələbə yaşayışını təmin etmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətində qalır ki, bu da onların tədrisdən yayınmasına gətirib çıxarır".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Çingiz Səfərli deyib.
O bildirib ki,təhsil almış gənc nəsillər ölkə iqtisadiyyatının gələcək inkişafının əsasını təşkil edir. Onların təhsil almasına dəstək uzunmüddətli iqtisadi artım üçün vacibdir:
"Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, bizdə tələbələr üçün ictimai nəqliyyat tamamilə pulsuz olmalıdır. Ya da elə güzəşt tətbiq edilməlidir ki, həqiqətən tələbələr yararlansınlar və bu mexanizm fayda versin. Yəni, 10, 20 faiz güzəşt etmək effektiv nəticə verməz.

Tələbələrin əksəriyyəti gündəlik həyatda ictimai nəqliyyatdan istifadə etdiyindən, belə güzəştlər onların maddi xərclərini müəyyən qədər azaltmış olar. Dünyanın bir çox ölkəsində illərdir bu təcrübə var. Məsələn, Litvada tələbələr sabit (aylıq) biletlərdə 80%, bir dəfəlik səyahətlərdə isə 50% endirim əldə edirlər. Endirimdən yararlanmaq üçün tələbə statusunu göstərən kartın təqdim olunması kifayət edir. Çexiyada "season ticket" adlanan müddətli abunə‑kartlar var ki, tələbələrə həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyatda sərfəli səyahət imkanı verir. Birləşmiş Ərəb Əmirliklərində tələbələr "Student NOL Card" adlı tələbə kartı vasitəsilə metro, avtobus və digər ictimai nəqliyyat növlərində endirimlərdən faydalanırlar.Türkiyənin böyük şəhərlərində də tələbələr üçün xüsusi kartlar mövcuddur. Məsələn, İstanbul, Ankara və İzmir kimi şəhərlərdə tələbə kartları ilə bir aylıq limitsiz ictimai nəqliyyatdan istifadə və ya müəyyən sayda keçid əldə etmək mümkündür.
Beynəlxalq təcrübələr də göstərir ki, tələbələr üçün ictimai nəqliyyatda güzəştlər yalnız maliyyə baxımından deyil, həm də təhsil prosesinə töhfə baxımından əhəmiyyətlidir".
Ekspert qeyd edib ki, hazırda Təhsilin İnkişafı Fondu tərəfindən icra olunan layihə çərçivəsində tələbələrə müəyyən xidmət sahələrində güzəştlərdən yararlanmaları üçün "TələbəPlus" kartları verilir. Bu kartların gələcəkdə ictimai nəqliyyatda nəzərdə tutulan güzəştlərin tətbiqində də istifadəsi mümkün ola bilər. Güzəştlərin hansı formada edilməsindən asılı olmayaraq elə bir mexanizm seçilməlidir ki, effektiv olsun.
Aysel Əkbər
Milli.Az
XƏBƏR LENTİ
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
-
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
-
Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
-
Xəyyam 5-ci dəfə ata oldu
-
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı faciə - Körpə öldü
-
Əməkdar artistin səhhəti pisləşdi: 2 aydır yataqdan qalxmır
-
Rəqsanənin Rusiyada yaşayan qızı Yana tanınmaz halda - (Video)
-
Bu qidalar beyin damarlarına zərər verə bilər





