Kanadada "Starbucks" qəhvəxana şəbəkəsinin mağazalarından birində atışma baş verib.
Milli.Az xəbər verir ki, silahlı insident bir nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnib.
Radio-Kanadanın məlumatına görə, qətlə yetirilən şəxs mütəşəkkil cinayətkarlıqla əlaqəsi ilə tanınan, "Yunan Bobbi" ləqəbli Charalambos Theologou olub. Yaralanan iki nəfərin isə onun dəstəsinin üzvləri olduğu bildirilir.
Kvebekin İctimai Təhlükəsizlik naziri Ian Lafrenière insidentin hədəfli hücum olduğunu, təsadüfi vətəndaşların zərər görmədiyini açıqlayıb.
Milli.Az