Avto

“Tesla Cybertruck”ın kütləvi istehsalına başlanılacaq

2 Noyabr 2022 15:32
Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" 2023-cü ilin sonunda "Cybertruck" elektrik pikapının kütləvi istehsalına başlamağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət elektromoblin yekun qiymətini açıqlamayıb, avtomobilin istehsal versiyasını nümayiş etdirməyib və yeni model üçün akkumulyatorların təchizatını necə idarə edəcəyini açıqlamayıb.

2019-cu ildə "Tesla" 40.000 dollardan aşağı bir başlanğıc qiyməti proqnozlaşdırıb. Lakin o vaxtdan bəri yeni avtomobillərin qiymətləri xeyli artıb.

Qeyd edək ki, yanvar ayında "Cybertruck"ın buraxılışının 2023-cü ilə təxirə salınmasının səbəbi kimi komponentlərin çatışmazlığını göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.